22 Dekabr 2024

XİN-dən İsraillə bağlı TƏCİLİ AÇIQLAMA

“Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”.

Xarici İşlər Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir, çünki əksəriyyətinin ikili vətəndaşlığı var.

“Azərbaycanlı vətəndaşlar arasında ölən və yaralanan yoxdur. Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”, – deyə məlumatda qeyd olunub.