22 Dekabr 2024

Xəzərdə dalğanın hündürlüyü 5,4 metrə çatdı

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Media1.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, senytabrın 10-u saat 18:00-a olan məlumata əsasən, bəzi yerlərdə güclü külək əsib. Şimal-qərb küləyi arabir Qəbələdə 24 m/s, Neftçalada 20 m/s, Naftalanda 18 m/s, Beyləqan, Naxçıvanda 16 m/s, Şəkidə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 28-33 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5,4 metrə çatıb.