29 Mart 2024

Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ

“Xəzər dənizinin su səviyyəsinin artıb-azalması ona xas olan məsələdir. Lakin son illər su səviyyəsinin azalması daha uzun müddət çəkir”.

Media1.az “Report”a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, su səviyyəsinin enməsi fəaliyyət istiqamətləri dənizə bağlı olan sahələrə mənfi təsir göstərir: “Eyni zamanda bu, Xəzər dənizinin temperaturunun artmasına səbəb olur ki, nəticədə su bioresurslarının sayı azalır”.