08 Sentyabr 2024

Xəstəlikdən sağalan Ramiz Novruzdan YENİ XƏBƏR: tezliklə Şuşada… – Özəl

“Özümü yaxşı hiss edirəm. Kritik dövr artıq geridə qalıb. Məni həyata qaytaran həkimlərə təşəkkür edirəm”.

Bunu Media1.az-a Xalq artisti Ramiz Novruz deyib.

“15-17 sentyabrda yeni mövsümün açılışını Şuşada tamaşa ilə etmək istəyirik. Bilməzdim ki, xalqımız bu qədər həssasdır. Bu ərəfədə yüksək vəzifəlidən sadə vətəndaşa qədər hər kəsdən diqqət gördüm. Efirə çıxmadığıma görə bəziləri məndən incimişdi. Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm”, – Xalq artisti bildirib.

Qeyd edək ki, Ramiz Novruzun onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilsə də, o, haqqında çıxan xəbərləri təkzib etmişdi.