22 Dekabr 2024

Xaricdə Yaşayan azərbaycanlıların diasporaan lobbiyə çevrilməsi siyasəti

Dövlət başçısının imzalamış olduğu həmin sərəncamda Bakıda Dünya Azərbaycanlılarının üçüncü qurultayının keçirilməsi nəzərdə tutulurdu. Sərəncama uyğun olaraq həmin il iyulun 5-də Bakıda Dünya azərbaycanlılarının III qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. Qurultayın işində dünyanın 42 ölkəsindən seçilmiş 600 nümayəndədən 579 nəfəri, həmçinin dünyanın 30 ölkəsindən 211 nəfər qonaq iştirak edirdi. Azərbaycan prezidentinin qurultayda proqram xarakterli çıxışı diaspor təşkilatlarımız üçün yeni hədəflər müəyyənləşdirmiş oldu.

Dövlət başçısının çıxışı zamanı ilk toxunduğu məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi və cənab prezident Azərbaycan diasporuna bu işdə daha fəal olmağı tövsiyyə edirdi: “Siz, dünyada yaşayan azərbaycanlılar yaxşı bilirsiniz ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız o ərazilərdə yaşamışdır, yaratmışdır. Ermənilər o əraziyə qonaq kimi gəlmişlər. Biz onların Dağlıq Qarabağa gəlməyinin tarixçəsini də yaxşı bilirik”. Buna rəğmən erməni lobbisinin vaxtilə dünyada antiAzərbaycan təbliğatı aparmağa nail olduğunu deyən dövlət başçısı artıq Azərbaycan diasporunun adekvat tədbirlər həyata keçirdiyini, yalançı erməni təbliğatını ifşa etdiyini vurğulayıb: “Diaspor təşkilatlarının fəaliyyəti erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində bizim nə böyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm.

Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar – ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar”.

Tamerlan Qaragözov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi