22 Dekabr 2024

Xankəndində növbəti zəfər və qürur səhifəsi yazıldı

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldarkən sonra çıxışına məhs bu sözlərlə başladı.“Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələ¬bəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı-canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayaca¬ğıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Dövlətimizin başçısının çıxışında söylədiyi hər fikir böyük və şanlı tariximizin təntənə anının yaşantısı olmaqla yanaşı, eyni zamanda, özlüyündə bir tarix dərsidir. Hesab edirik ki, dərsdən düşmənlərimiz kimi, biz özümüz də nəticə çıxarmalıyıq. Əlbəttə, bu dərsin möhtəşəmliyini tam mənada anlamaq, dərk etmək üçün zama¬na ehtiyacımız var. Heç şübhəsiz, əlahəzrət zaman Prezident İlham Əliyevin Azərbaycan tarixindəki müstəsna yeri və rolunu daha dol¬ğun şəkildə qiymətləndirəcək. Elə 15 oktyabr tarixinin yeri və rolunu da şübhəsiz. Daha doğrusu, zamanın 2003-cü ilin 15 oktyabrından 2023-cü ilin 15 oktyabrına gedən yolun hər anına, hazırda xalqımızın bu mərhələni qiymətləndirdiyi alilik mərtəbəsinə özünün, belə demək mümkünsə, daha şəffaf boyaları ilə rəng qatmasına ehtiyac var.

Xankəndi, Ağdərə, Əsgəran, qan yadda¬şımız Xocalı, Xocavənd, ümumən, Qa¬rabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. Qarabağın Azər¬baycan olmasına imkan verilmədiyini də xatırlamaqla, hadisələrin xoşagəlməz şəkil almasına maneçilik törətmək üçün böyük səylərin göstərildiyini də mütləq qaydada yada salmalıyıq. Elə ona görə də Prezident İlham Əliyev böyük qədir¬bilənliklə yada salır: “Bu gün Ulu öndərin, bizim bu günümüzü görməyən bütün hə¬yatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbay¬can xalqı olub, onların davamçıları olub¬lar”.

Bəli, ulu öndər Heydər Əliyev Qa¬rabağın Azərbaycan olması üçün çox çalışmışdı. Özü də respublikamıza rəh¬bərliyinin hər iki mərhələsində. Əgər ikinci mərhələdə Prezident kimi Qarabağ həqiqətlərini usanmadan, Azərbaycanın haqlı və ədalətli mövqeyini yorulmadan dünya birliyinin diqqətinə çatdırmış, Qa¬rabağ davasının siyasi-diplomatik və ide¬oloji istiqamətlərini hazırlamışdısa, birinci mərhələdə bölgəmizin erməniləşdirilmə¬sinin qarşısında sipər çəkmişdi.

İlham Əliyev liderliyinin ən başlıca xü¬susiyyəti onun sözünün ağası olmasıdır. Dövlətimizin başçısının hər bir fikri re¬allıqla fiksasiya əhəmiyyətinə malikdir. Yəni, o, nəyi dilə gətirirsə, dediyini mütləq həyata keçirir. Məhz planlılıq, strateji ya¬naşma İlham Əliyevin mahir siyasətçi ob¬razını tamamlayır. Bu gün bu obraz, eyni zamanda, güclü, qüdrətli Azərbaycanın obrazıdır. Bu, elə bir obrazdır ki, ölkəmizi dünyaya tanıdır. Prezident İlham Əliyevin Xankəndi şəhərindəki çıxı¬şına ən müxtəlif prizmadan yanaşmaq, çoxsaylı örnək nəticələr çıxarmaq müm¬kündür. Tarixi çıxışın xarakteri belədir. Ən böyük nəticə isə qürurdur.

Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini