20 Aprel 2024

Xankəndi və Xocalıdakı erməni silahlıları VURULACAQ – Soçidən GÖZLƏNTİLƏR

“Soçi görüşünə hər iki tərəf ziddiyyətli maksimumlarla gedir. Bu klassikadır”.

Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Rusiya sülhməramlıları 2030-cu ilə qədər Qarabağda qala bilər:

“Azərbaycan danışıqlar masasında iki opponentlə üzbəüzdür: Ermənistan və Rusiya. Valday çıxışı bunu təsdiqlədi.  Amma nəyəsə imza atmaq lazımdır, çünki Moskva Praqa ilə hesabı bərabərləşdirməlidir. V. Putin o günə düşməyib ki, ona yox desinlər.  

Yeganə imzalamağa şanslı mövzu Azərbaycanın Ermənistanla şərti sərhəddə nəzarətə götürdüyü torpaqlardan imtinası müqabilində Qazaxın 7 kəndini almağı ola bilər. Başkəndi isə Kərki ilə dəyişmək mümkündür. Və deməli ki, Ermənistan qoşunu da tamamilə Qarabağdan çıxarılır

Çünki, danışıq – alver deməkdir. Deməli ki, delimitasiya və demarkasiya mövzusundan savayı Ermənistanın və Azərbaycanın hansısa bəndə imza atacağını gözləmirəm.  

Biz Zəngəzur dəhlizindən imtina edə bilərikmi? – Yox!  

Qarabağın silahlı qruplaşmalarının tərki-silah prosesinə başlamaq iqtidarındayıq – Yox!  

Araiklə danışıqların nəticəsinə inanırıqmı – Yox!  

Oktyabrın 31-dən sonra nə edəcəyik?

Qarabağ məscidlərində Azanın səsini ucaldacağıq. Laçın dəhlizindən keçən şübhəli bildiyimiz nəqliyyatı da vurmaq ehtimalı artır, Xankəndini təmin edən qaz, su kəmərlərinin sıradan çıxarılacağı da mümkündür. Separatçıların dron vasitəsilə məhvi prosesinə başlanılacaq. Bu işdə İsrail və Türkiyənin təcrübəsindən istifadə etmək olar.

Yuxarıda deyilənlərdən ziyadəsi Rusiyadakı böhranın dərinləşməsinə ümiddir, amma bu da çıxış yolu deyil. Məncə, 2030-cu ilə kimi Rusiya Qarabağda qalacaq”.