23 Dekabr 2024

Xalq artistindən xəstəliyi ilə bağlı AÇIQLAMA

“Məndə şiş tapılmayıb. Sadəcə papilloma olub, onu da çıxarıblar. Elgiz diaqnozu səhv salıb”.

Bunu big.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. O bildirib ki, sinəsində şiş aşkarlanması xəbəri yalandır.

Qeyd edək ki, bir neçə gün öncə Naibə Allahverdiyevanın əməliyyat zamanı sinəsində şiş aşkarlanması barədə məlumat yayılıb. Belə ki, o, “Elgizlə izlə” proqramında sinə əməliyyatı zamanı problemin üzə çıxdığını deyib. Aparıcı Elgiz Əkbər isə bunu şiş adlandırıb.