23 İyun 2025

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub

Sosial şəbəkələrdə yayılmış itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri ilə bağlı bildiriilir ki, həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib.

DİN-dən Musavat.com-a verilən məlumata görə, hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.