Xaçmazda 23 yaşlı gənc dənizdə batıb
Xaçmazda 23 yaşlı gənc dənizdə batıb.
Bu barədə Media1.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.