08 Sentyabr 2024

“WhatsApp” yeni ildən bu telefonlarda işləməyəcək – Xəbərdarlıq

“WhatsApp” yeni ilin əvvəlindən etibarən IOS 9 və Android 4.0.3 proqram cihazlarında dəstəklənməyəcək.

Teleqraf.com xəbər verir ki, ıPhone 4 və bəzi köhnə Android telefonlarının istifadəçiləri “WhatsApp” tətbiqetməsində söhbətlərə və məzmuna girişi itirəcək.

2 milyard istifadəçisi olan “WhatsApp” dünyanın ən populyar tətbiqlərindən biridir. Bu tətbiqə girişi itirməkdən narahat olan istifadəçilər IOS 9 və ya Android 4.0.3 əməliyyat sistemində işlədiyini yoxlamaq üçün telefonlarının parametrlərini yoxlamalıdırlar. Daha yeni əməliyyat sistemini işə salmaq üçün yenilənə bilməyən telefonlar üçün tətbiq 2021-ci ilin ilk günü düzgün işləməyəcək. Bu istifadəçilər söhbətlərinə və ya məzmuna girişi itirməmək üçün ya qeydlərini və mesajlarını başqa yerə daşıyıb saxlamalıdırlar, ya da telefonlarını yeniləməlidirlər.

Qeyd edək ki, “WhatsApp” Apple tərəfindən 2015-ci ildə istifadəyə verilən IOS 9 əməliyyat sisteminə dəstəyi dayandırıb. Köhnə cihazlar üçün dəstəyin dayandırılması prosesi şirkətlər tərəfindən müntəzəm bir taktika kimi göstərilir. IOS 9 ıPhone 4-ün ala biləcəyi son proqram yeniləməsi oldu. Apple 2020-ci ilin sentyabrında IOS 14-ü bazara çıxardı. “WhatsApp”ın telefonda işləməsi üçün 4S, 5, 5S, 5C, 6 və 6S kimi bütün modellər yenilənə bilir.

Android 4.0.3 isə 2011-ci ildə bazara çıxmışdı.