20 Aprel 2024

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Daxili İşlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Media1.az “manset az”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi polis mayoru Elşən Zamanov tutduğu vəzifəsindən azad olunub.

Onun yerinə digər əmrlə polis mayoru Elşən Həsənov Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi təyin edilib.

Qeyd edək ki, polis mayoru Elşən Zamanov Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi təyin olunub.