Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə yeni rəis təyin edib.
APA-nın yerli bürosunun məlumatına görə, bu vəzifəyə polis polkovnik-leytenantı Samir Məcidov təyin olunub.
O, daha öncə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.