Vəzifəm xəstələrimizin sağlamlığının keşiyində dayanmaqdır
“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri / baş həkimi Mirrəhim Mirdamət oğlu Nəbiyev son günlər sosial şəbəkələrdə səslənən iddialarla bağlı açıqlama yayıb:
“Vətəndaşların sağlamlığının keşiyində dayanan bir həkim olaraq bildirmək istəyirəm ki, hər bir jurnalistin, bloqerin və vətəndaşımızın fikrinə hörmətlə yanaşıram. Mənim vəzifəm xəstələrimizin sağlamlığının keşiyində dayanmaqdır. Gördüyümüz işlər də göz qabağındadır.
Xəstəxanaya işə qəbul prosesi mərkəz tərəfindən həyata keçirilir. Bu, mənim səlahiyyətimə daxil olmadığı üçün işə qəbul məsələləri barədə fikir bildirə bilmirəm.
Vətəndaşlarımızın sağlamlığının keşiyində dayanmağa, dövlətimizin və rəhbərliyimizin verdiyi tapşırıqları vaxtında və qüsursuz şəkildə yerinə yetirməyə söz verirəm.”
