01 Oktyabr 2025

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ QURBAN MEHTİZADƏNİN İLDÖNÜMÜNDƏ XATİRƏSİ ANILIB

28 sentyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Mehtizadə Qurban Aydın oğlunun ildönümüdür. Bu münasibətilə Göycəli kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidimizin də məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun