22 Dekabr 2024

“Vətən Müharibəsi Qələbəsi İgidləri” sənədli filminin təqdimatı olub – FOTOLAR

“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi “Vətən Müharibəsi Qələbəsi Igidləri” sənədli filminin təqdimatını keçirir.

Birlikdən QHT.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin rəhbəri “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudovadır. “Vətən Müharibəsi Qələbəsi Igidləri” sənədli filmində şəhidlərimizdən Bərdə rayonunda Fəxri Qəribzadənin, Mingəçevir şəgərindən Elmar ibrahimovun, Gəncə şəhərindən isə Oruc Vəyevin  həyat və döyüş  yollları haqqında, onların yaxınlarından və döyüş döstlarından müsahibələr götürülüb, eyni zamanda, sənədli filmdə şəhidlərimizin döyüş zamanı canlı videoları əks olunub. “Vətən Müharibəsi Qələbəsi Igidləri” sənədli filminin təqdimatı sentyabrın 28-də Bərdə Peşə Liseyində baş tutub. Layihə rəhbəri Naibə Behbudova təqdimat haqqında məlumat verdikdən sonra tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının Himni səsləndirildikdən sonra, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra zala hərbi geyimdə, əllərində Azərbaycan və Türkiyə bayrağı tutmuş gənclər daxil olduqda iştirakçılar ayaq üstündə onları alqışladılar. Təqdimatda şəhid ailələri, qazilər, Bərdə rayon icra hakimiyyətinin nümayəndəsi Səbuhi Qasımov, Millət vəkili Fatma Yıldıdımın köməkçisi Fuad Ağayev və Bərdə Peşə Liseyinin direktoru Samir Nəcəfov çıxış ediblər.

Qeyd edək ki, təqdimatda 200 dən çox tələbə və müəllim heyəti iştirak edirblər. Filmin təqdimatından sonra şəhid ailələri çıxış edərək, donor təşkilata və filmin ərsəyə gəlməsində, eyni zamanda, tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Pərvanə Fərhadqızı

Fotolar