28 Mart 2024

Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlanıb FOTO

Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi, hərbi tibb qulluqçu Arəstə Baxışovanın büstü hazırlanıb.

“Minval.info” xəbər verir ki, büst gənc heykəltaraş Müstəqil Balayev tərəfindən hazırlanıb.

Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində çalışıb.

O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.