Uzun illər aparılan islahatların nəticələri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
Prezident İlham Əliyev 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın 2024-cü il ərzində əldə etdiyi sosial-iqtisadi nailiyyətləri geniş müzakirə edib və 2025-ci il üçün hədəfləri açıqlayıb. O, həm daxili, həm də xarici siyasət, iqtisadi inkişaf, regional layihələr və sosial sahədəki islahatlarla bağlı geniş şərhlər verib.
Müsahibə zamanı Prezident İlham Əliyev 2024-cü ilin sosial-iqtisadi yekunlarını dəyərləndirib və 2025-ci il üçün proqnozlardan bəhs edib. O, ümumi daxili məhsulun 4 faizdən çox və qeyri-neft sektorunun inkişafının əsas göstərici olduğunu vurğulayıb: “İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək”.
Prezident həmçinin, 2024-cü ildə Azərbaycanın iqtisadi inkişafının uğurlu olduğunu və bu inkişaf templərinin bugünkü dünya mənzərəsində müsbət qiymətləndirilə biləcəyini qeyd edib.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı