09 Dekabr 2022

Uşaqların kiber mühitdə təhlükəsizliyi FOTO

Uşaqların kiber mühitdə təhlükəsizliyi FOTO

“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi icra olunur.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir.

Belə ki, layihənin fəaliyyət planı çərçivəsində Azərbaycan Kooperasiya Universitetin akt zalında 50 nəfər tələbə gənclərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov açaraq Universitetin ictimai əlaqələri, informasiya təhlükəsizliyinin təminatı və bu barədə görülən işlərdən danışıb.

Layihənin rəhbəri Kənan Qubadzadə tələbə gənclərə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Mərkəzi İctimai Birliyi haqqında, o cümlədən, “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi barədə geniş məlumat verib. O, bildirdi ki, layihə müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlara, yeniyetmələrə zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır.

Tədbirdə layihənin eksperti Anar Sarıyev çıxış edərək uşaqların, gənclərin kiber mühitdə təhlükəsizliyi, zərərli informasiyalardan qorunmağın yolları barədə geniş məlumat verib.

Qeyd edək ki, tədbirdə layihə çərçivəsində nəşr olunan kitabça iştirakçılara paylanılıb.

Sonda tələbə-gənclərə göstərdiyi xidmətlərə, diqqət və qayğıya görə Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov, informasiya və kommunikasiya texnologiyaları bölməsinin rəhbəri Seymur Ramazanov “Gənclərin Dostu” fəxri mükafatı, tədbirin fəal iştirakçılarına isə təşəkkürnamə təqdim edilib.