22 Dekabr 2024

Uşaqlara təcavüz edənlər axtalana bilərlər

Qırğızıstan Parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz cinayəti törədən şəxsin axtalanmasını nəzərdə tutan qanun təklif edilib.

Media1.az oxu.az-a istinadən xəbər verir ki, deputat Ulan Bakasovun hazırlayıb təqdim etdiyi qanun layihəsi parlament tərəfindən qəbul edilib.

Bakasov ölkənin məhkəmə sistemində cəzaların azaldılması tendensiyasına diqqət çəkib və qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarın qarşısının alınması üçün cəzaların ağırlaşdırılmasının nəzərdə tutulduğunu bildirib.

Bakasov uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq (təcavüz) törətməkdə təqsirli bilinən məhkumlara verilən cəzanın 20 ilədək artırılmasını və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını təkif edib. O, həmçinin məhbusun azadlığa çıxmasına 6 ay qalmış psixiatrların nəzarətində və pedofiliyaya meyillilik halında axtalanmasını təklif edib.

Təklif Milli Məclisin Baş Assambleyasında müzakirə olunduqdan sonra təsdiqlənərsə, qanun qüvvəyə minəcək.