27 Dekabr 2024

“Uşaqlar üçün incəsənət tarixi” – FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyi “Uşaqlar üçün incəsənət tarixi” adlı yeni layihəni təqdim edir.

Azərbaycan və dünya incəsənətinin əhatə olunduğu layihəyə tematik mühazirələr, ustad dərsləri, filmlər, bir-birindən əyləncəli viktorina və kvestlər daxildir.

Hər həftənin şənbə və bazar günləri keçiriləcək layihəyə “Qədim Misir incəsənəti” ilə start verilir. Yanvar ayının şənbə və bazar proqramlarında uşaqlar Misir incəsənətinin tarixini, əzəmətli piramidalarını, fironların sirli dünyasını kəşf edəcək, qədim misirlilərin dünyagörüşü, məişəti, geyim tərzi və s. haqqında biliklər öyrənəcək, öz əlləri ilə firon maskası, sinə bəzəyi-pektoral və bu zəngin mədəniyyətdən bizə yaxşı məlum olan digər bəzək aksessuarlarını hazırlayacaqlar.

Öncədən qeydiyyatdan keçmək üçün (012) 492 07 07 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.