23 Dekabr 2024

Uşağını bir neçə dil, şahmat, musiqi, rəsm dərsinə aparan valideynlərə xəbərdarlıq

Gələcəkdə fəsadlar ola bilər; “Erkən təhsilə başlamış uşaqlar təhsili həvəssiz və motivasiyasız davam etdirirlər”

Yeni dərs ilinin başlamasına az vaxt qalıb. Məktəblərdə dərslər başlar-başlamaz bəzi valideynlər uşaqları ilə bağlı artıq təlaşlanmağa başlayıblar. Bəzi valideynlər hesab edirlər ki, övladları nə qədər çox məşğələyə getsə, çoxlu dil öyrənsələr, gələcəkdə daha çox uğur əldə edəcəklər. Bu xüsusda 5-6 yaşlı uşaqlarını bir neçə əcnəbi dil öyrənməyə məcbur edən kim, bir gündə şahmat, üzgüçülük, proqramlaşdırma, rəsm, hətta musiqiyə göndərən valideynlər var. Bəs görəsən, uşaqları həm fiziki, həm də zehni cəhətdən bu qədər yükləmək gələcəkdə fəsadlara səbəb olmayacaq ki?  Bu və digər suallarla bağlı ekspertlərin fikrini öyrəndik.

Mövzu ilə bağlı “Yeni Müsavat” pediatr Aytən İsmayılzadə danışıb: “Bəzi valideynlər uşaqlardan tez bir zamanda üstün zəkalı şəxs ”düzəltmək” istəyirlər. Məsələn, uşağın  məktəb yaşı çatar-çatmaz  onun hər şeyi olmasa da, çox şeyi bilməsini istəyirlər. Yazsın, oxusun, hesablasın, əcnəbi dildə danışsın, dünya ilə bağlı maraqlı bilikləri olsun və s. Tədqiqatlar göstərib ki, erkən təhsilə başlayan uşaqlar 7-8 yaşlarda bir addım öndə olsalar da, 9 yaşda bu səviyyə eyniləşir. Yəni  kiminin erkən, yaxud öz zamanında təhsilə başladığında bir fərq yoxdur. Psixikalar isə fərqli olur. Erkən təhsilə başlamış uşaqlar təhsili həvəssiz və motivasiyasız davam etdirirlər. Tez bezirlər və dərsdə olan yeniliklər onlar üçün maraqlı olmur. Yəni maraqlı bir şey axtararkən yanlışlara yol verirlər. Valideynləri buna məcbur edən nədir? Bəlkə də övladın gələcəyini indidən sığortalamış olduğunu düşünürlər. Beyin indidən məlumat yığmazsa sonra gec olar deyə hesab edirlər. Uşağın beyni bir yaşadək daha sürətli, dörd yaşadək daha aktiv inkişaf edir. Valideynlər bu inkişafa bir az da kömək etmək istəyir,  beyin inkişafı üçün xüsusi oyuncaqlar alırlar. Amma üzərində beyin inkişafına kömək etdiyi yazılan oyun və oyuncaqlar sağlam uşaqlar üçün vacib deyil. Düzgün qurulmuş ətraf ən yaxşı köməkçidir. Biz insanlar həmişə ətrafı kəşf edərək yaşayırıq. İmkanlarımız məhdudlaşanda isə “pauza” dövründə oluruq sanki. Amma insan hər bir şəraitdə ətrafı kəşf etməyə davam etməli və özünü inkişaf etdirməlidir. Hətta həbsxanada olanlar belə… Uşaqlar da həmçinin.

Heç olmasa, 10-15 gün qəbul edin" -Tanınmış həkimdən D vitamini paylaşımı

Aytən İsmayılzadə

Misal üçün, iki uşaq təsəvvür edək. Biri oyuncaqlarla əhatə olunmuş, amma bir qutuya qoyulmuş, digəri isə bir oyuncaqla amma bütün evi, həyəti dolaşmaq imkanı olan uşaqdır.  Hesab edirəm ki, burada hər şey aydın olur. Burada beyin hüceyrələrinin yenilənməsi məsələsini vurğulamaq yerinə düşər. 

Əvvəllər belə hesab edirdilər ki, insan neçə say sinir hüceyrəsi ilə doğuldusa, o say ilə də ömrünə davam edir. Sinir hüceyrələri qocalır, yenilənmir, çoxalmır. Son tədqiqatlar isə onların da bölündüyünü sübut edib. Bu bilgi bizə nə verir? Yəni hər şeyə hər yaşda yiyələnmək imkanımız var. Əlbəttə ki, müəyyən şərtlər çərçivəsində. Yəni 4-5 yaşlı uşağı öyrənməsinə məcbur etdiyimiz bilikləri bir az sonra da mənimsəyə bilər. O yaşda uşağın bir neçə dil öyrənməsi, məntiq məsələlərini açıqlaması  vacib deyil. Bu, əksinə, onun ziyanınadır. Onlara ətrafı daha çox kəşf etməyə şərait yaratsaq, daha çox fayda vermis olarıq

Yeni tədris ilində dərslər necə təşkil olunacaq? (Elçin Əfəndi) - ARB24  (Gündəm) - YouTube

Ekspert: “Müəyyən proqramlarla uşağın gələcək ixtisasını öyrənmək olar”

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə fikir bildirib: “Əslində uşaqlara kiçik yaşdan beyinlərini daha çox materialla doldurulması yolverilməz haldır. Yaxşı olar ki, uşaqların  gələcək istiqaməti öncədən müəyyənləşdirilsin və o istiqamət üzrə uşağın hazırlığı planlaşdırılsın. Yoxsa hər şeydən bir az, əlbəttə, uşağın artıq beyin pozğunluğuna gətirib çıxaracaq və fəsadları daha çox olacaq. Uşaq yaşlarında beyində informasiya boşluğu olduğu üçün yeni informasiyalar əldə edib saxlanılmasında daha çevik işləyir. Yaşlı nəslə nisbətən, yaxud da orta yaş kateqoriyasına aid insanlara, gənclərə nisbətən. Yəni uşaqlarda beyin daha çox informasiyanı tutur. Amma əlbəttə, gələcəkdə həmin uşağa lazım olmayan məlumatlarla doldurulması da düzgün deyil. Valideyn istəyir ki, uşaq hərtərəfli olsun, şahmat öyrənsin, musiqi və rəqslə məşğul olsun. Üç, dörd, beş, altı yaşda bir neçə xarici dil bilsin. Bunlar yolverilməz haldır. Çünki o uşağın gələcəkdə xəstəlikləri ortaya çıxa bilər. Beyin pozğunluğu yaşaya bilər. Amma ən gözəl, ən optimal odur ki, uşaq kiçik yaşlardan iki dil öyrənsin. Azərbaycan dili – öz dilini bilirsə, ingilis dilini, ya da rus dilini öyrənə bilər. Bununla yanaşı, paralel olaraq, əlbəttə, onun gələcəkdə hansısa bir ixtisas üzrə kadr kimi formalaşması üçün valideyn təşkilatlara üz tutsa yaxşı olar. Uşağın gələcəyini indidən müəyyən edəcək proqramlar vasitəsilə üzə çıxarmaq olar ki, gələcəkdə hansı sahə üzrə peşəkar mütəxəssis ola bilər. O istiqamətdə uşağın inkişafı daha məqsədəuyğundur. Bir var sırf gələcəklə bağlı olan istiqamətdə, bir də var ki, hər şeydən bir az öyrədilməklə beyin informasiya ilə dolsun. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi, “Kamil bir palançı olsa da insan,  yaxşıdır yarımçıq papaqçılıqdan”.  Yəni uşağın gələcəkdə kamil olması üçün bir istiqamətdə inkişaf etməsi daha məqsədəuyğundur. Biz “Smart” təhsil mərkəzində artıq bu yeniliyi tətbiq etmişik, ilkin başlanğıcda proqramla müəyyən etmək olur ki, uşaq gələcəkdə hansı istiqamət üzrə yönələ bilməz, yaxud da gələcəkdə hansı istiqamət üzrə peşəkar mütəxəssis ola bilər”.

Qeyd edək ki, Azərbaycanda ibtidai təhsil yaşı 6 yaş hesab olunur. 6 yaşı tamam olmuş uşaqlar ibtidai təhsilin 1-ci sinfində oxuyurlar. Məktəbəqədər təhsil müəssisələrində isə təhsil 5 yaşından başlayır. Bu il Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təhsil oktyabrın 1-dən başlayacaq.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”