23 Dekabr 2024

Uruqvaylı qapıçını “Qalatasaray” yenə oynatmaq istəyir

“Qalatasaray” qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu bununla bağlı 34 yaşlı oyunçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, uruqvaylı futbolçunun müqaviləsi 2021-ci ili iyununda baş çatır. O, “Qalatasaray”da 2011-ci ildən çıxış edir.