24 İyun 2024

Ürəyimi, çalıb getdin

Ürəyimi, çalıb getdin.
Xəyalımı, alıb getdin.
Yuxularda qalıb getdin.
Daha gəlsən, mənası yox.

Ömrüm ilə, etdin bazar.
Diri-diri,qazdın məzar.
Buna,insanmı dayanar.
Daha dönsən mənası yox.

Gəncliyimi etdin hədər.
Verdin mənə qüssə, kədər.
Mən neynirəm gəlsən, əyər.
Daha dönsən, mənası yox.

Ulduzları gətirmisən.
Mənə, müjdə yetirmisən.
Həyatımı bitirmisən.
Daha gəlsən, mənası yox.

ƏZİZİM                       

İLK MƏHƏBBƏT UNUDULMUR BİLƏSƏN,

HÜNƏRİN VAR UNUT MƏNİ ƏZİZİM.

QÜSSƏ OLUR, KƏDƏR OLUR, QƏM OLUR,

BACARIRSAN UNUT MƏNİ ƏZİZİM.

İLK GÖZÜNƏ, KÖNLÜNƏ MƏN DÜŞMÜŞƏM.

ÜRƏYİNİN ATƏŞİNƏ DÜŞMÜŞƏM.

MƏN ODUNA OCAĞINA DÜŞMÜŞƏM.

BACARIRSAN UNUT MƏNİ,ƏZİZİM.

SAÇLARINA YAĞAN QARAM GÖRMÜSƏN.

BU DÜNYADA, YOL YOLDAŞIN BİLMİSƏN.

SƏNİ MƏNDƏ, MƏNİ SƏNDƏ BİLMİSƏN.

BACARIRSAN, UNUT MƏNİ ƏZİZİM.

     ÜRƏYİM.

ETDİM HƏR QUBARI,

HƏR YÜKÜ SƏNƏ.

HƏRKƏSİN YÜKÜNÜ, DAŞI ÜRƏYİM.

İNCİYƏRLƏR DEYƏ, KÖNÜL QIRMADIM,

QIRDILAR DİNMƏDİM, QIRIQ ÜRƏYİM.

EYLƏDİM, SİTƏMİ HƏR DAĞI, SƏNƏ.

NƏ DAĞLAR ÇƏKMƏDİ, NADANLAR SƏNƏ.

BÖYÜKLÜK GÖSTƏRDİN, KİÇİKSƏN DEMƏ.

 BÖYÜK HÜNƏRLİSƏN, KİÇİK ÜRƏYİM.

Arzu Kərim