Ulu Öndər və musiqi
Ulu öndər, dünyanın görkəmli siyasətçisi və Dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti əsl tərbiyə məktəbidir. Bütün şüurlu həyatını öz millətinin xoşbəxtliyinə həsr edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət adamları ilə yanaşı Azərbaycan Bəstəkarlar Ittifaqının üzvlərinə – bəstəkar və musiqişünaslarına çox böyük qayğı və ehtiramla yanaşmışdır.
Hələ 1969-1982-ci illərdə SSRI-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi. Məhz onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRI-də deyil, həmçinin bütün dünyada tanındı. Neçə-neçə bəstəkarımız SSRI xalq artisti adına layiq görüldü. SSRI-nin ən yüksək orden və medalları ilə təltif olundular. Elə onu demək kifayətdir ki, üç böyük bəstəkarımız – Qara Qarayev, Niyazi, Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.
Dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev muzeylərinin yaradılması, yubileylərinin təntənəli surətdə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın bəstəkarlarına dövlət səviyyəsində diqqət və qayğını əsirgəməmişdir. Həmişə Azərbaycan musiqisini, onun bəstəkarlıq məktəbini yüksək qiymətləndirmiş, bütövlükdə musiqi sənətimizin inkişafına mənəvi zəmin yaratmışdır. Ölkə rəhbərinin sözün əsl mənasında musiqi sənətinə verdiyi yüksək qiymət bu sahədə çalışanları yaradıcılığa ruhlandırmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar Ittifaqının fəaliyyətinə verdiyi qiymətin bariz təzahürüdür. Elə 1995-2003-cü illər ərzində Heydər Əliyevin fərmanı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif Məlikov, Müslüm Maqomayev ən yüksək mükafata – «Istiqlal» ordeninə, Azərbaycan Respublikasının xalq art istləri Cövdət Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər Rzayev, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa Mirzəyev, Ramiz Mirişli daha bir yüksək Dövlət mükafatı – «Şöhrət» ordeni ilə təltif olunmuşdur. Bu müddətdə Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan Respublikasının xalq artisti, Siyavuş Kərimi və Həsənağa Qurbanov isə əməkdar incəsənət xadimi kimi fəxri adlara layiq görülmüşlər.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini