Ulu Öndər Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir lider idi
Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biri, türk dünyasının qüdrətli simalarındandır. Tarixə Azərbaycan xalqının Ümummilli Lideri kimi daxil olmuş bu əvəzolunmaz şəxsiyyət liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: Gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Ulu Öndər Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir lider idi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətlərişərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, siyasi və iqtisadi yüksəlişi sübut edir ki, Cənab İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inamla qoruyub saxlayır.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə tematik sitatlarından birini xatırlatmaq yerinə düşər: “Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir”.
Ulu Öndər Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət ən mürəkkəb vəziyyətdə belə bəlkə də çoxlarının görə bilmədiyi ən doğru, ən təsirli vasitələri tapıb qarşıda dayanan vəzifələrin yüksək icrasına nail ola bilməsi idi. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Ulu Öndər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün Azərbaycanın güclü ordusu olmalıdır. Ordu dövlətin qüdrətini təmsil edir, əsas atributlarından biridir. Bugün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var. Ordu olmalıdır ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək xeyir torpaqlarımızı qorumaq üçün lazımdır. Ordunun qüdrətini onun döyüş qabiliyyətini qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir azərbaycanlının orduda xidmət etməsi onun üçün şərəfdir. Xalqla ordunun birliyi həmişə dövlətində qüdrətini təmin edir. Etibarlı, güclü vətənin torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.
Müasir dövlətimizin banisi, müstəqil Azərbaycanın qurucusu Ümummili lider Heydər Əliyev deyirdi ki, orduda xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün iftixar mənbəyi, şərəfli vəzifədir. Bugün də hərbi xidmətə çağırılan hər bir gəncimizin Ulu Öndərin dəyərli sözlərini dərk edərək Vətənə olan borclarını layiqli yerinə yetirdiklərinin şahidiyik.
Bu danılmaz faktdır ki, gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında, onların cəmiyyətə layiqli vətəndaş kimi yetişməsində əsgəri xidmətin rolu böyükdür. Hərbi xidmət dövründə gənclər milli – mənəvi dəyərlərə sədaqət ruhunda, gələcəkdə nümunəvi vətəndaş kimi formalaşırlar ki, buda gənc əsgərlərin hazırlığına yönələn xüsusi diqqət və qayğıdan irəli gəlir.
Ulu Öndər Heydər Əliyev çalışırdı ki, yüksək ixtisaslı, peşəkar kadrlara malik güclü ordu yaratsın. Ona görə dönə-dönə çıxışlarında qeyd edərdiki, Müstəqil Azərbaycanın ən vacib, ən böyük sahəsi, hər bir dövlətin müstəqilliyinin rəmzi onun Silahlı Qüvvələridir. Etibarlı, güclü, vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Bununla da, Ulu Öndərin fəaliyyətinin əsas istiqamətlərindən biri də azərbaycanlı hərbi kadrların hazırlanması və gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsidir.
Ulu Öndər Heydər Əliyev Hərbi Hava qüvvələrinin inkişafına xüsusi diqqət göstərirdi. O çıxışlarının birində söyləmişdi ki, “Bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa və Azərbaycanın müstəqilliyini qorumağa qadirdilər.
Dönə-dönə Milli ordumuzun güclü olduğunu, ordumuzun gücünün günü gündən artıdığını çıxışlarında qeyd edən Ulu öndər xalqımızın gözəl gələcəyinin olacağına və ordumuzun işğal olunmuş torpaqlarını mütləq azad edəcəklərinə əminliklə söyləyirdi.
Həmişə söyləyirdi ki, “Torpaqlarımız mütləq azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaq. Azərbaycanın Milli ordusu bu gün Azərbaycanı hər bir hadisədən qorumağa qadirdir, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin keşiyində daim durubdur.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı