16 Sentyabr 2024

Ukraynanın kəşfiyyat məlumatı: 462 min rus hərbçisi var

Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə Ukrayna ərazisində 462 min rus hərbçisi var.

Bu barədə ukraynalı hərbi ekspert “Defense Express” informasiya və konsaltinq şirkətinin inkişaf direktoru Valeri Ryabıx bildirib. Onun deməyinə görə, Rusiya Federasiyası demək olar ki, bütün quru qoşunlarını Ukraynaya gətirib.

“Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya Ukraynaya 462 min rusiyalı hərbçi göndərib. İşğal rejimini həyata keçirən Rusiya Qvardiyasını nəzərə almasaq, bu rəqəm yalnız quru qoşunlarından ibarətdir.Qeyd edək ki, Rusiyanın quru qoşunlarının nizami gücü 550 min nəfərlik şəxsi heyətdən ibarətdir. Demək olar ki,düşmən quru qoşunlarının hamısını Ukraynaya yeridib.

Analitik qeyd edib ki, Baş Kəşfiyyat İdarəsi müharibənin indiki mərhələsində düşmənin Ukraynadan başqa ölkəni təhdid etmək qabiliyyətinə malik olduğunu və təhlükə yarada biləcəyini görmür.