23 Dekabr 2024

Ukraynalı jurnalist: “Ruhlar şəhəri Ağdamda bir dənə də salamat bina qalmayıb”

“Ağdamda olduq, ilk dəfə bu boşluğu, ruhlar şəhərini gördüm. Dəhşətlidir. Bir dənə də salamat bina qalmayıb. Elə Füzulidə də eyni vəziyyətdir”.

Bunu “Report”a Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinə səfər etmiş Ukraynanın “Beşinci kanal”ının müxbiri Yevgeniya Kitayeva deyib.

“Amma bu gün gördüklərim, görülən işlər, artıq aeroportun tikilməsi, yolların salınması, xeyli sayda texnika məni heyrətləndirdi. Açıq-aydın görünür ki, işlər sürətlə gedir. Deyirlər, tikinti işlərinə dekabrın sonlarında başlanılıb və belə qısa müddətdə bu qədər şeyin edilməsi mənim üçün fantastikadır”, – o bildirib.