25 Sentyabr 2022

Ukraynada qadınları zorlayan və terror əsdirən erməni komendant ifşa olundu-ŞOK FAKTLAR

Ukraynanın Xerson vilayətinin Berislavsk rayonunun Milovskaya və Novoaleksandrovskaya ərazi icmalarının sakinləri hərbi komendant Suren Mkrtçyanı terror törətməkdə, insanları oğurlamaqda, narkotik satmaqda, yerli qızları və qadınları zorlamada iştirakda ittiham edirlər.

Musavat.com xəbər verir ki, bu barədə “caliber.az” saytı Ukraynanın Jurnalist Araşdırmaları Mərkəzinin materiallına istinadən məlumat yayıb.

Jurnalist Araşdırmaları Mərkəzinin məlumatına görə, Mkrtçyan Suren Seyranoviç (doğum tarixi – 9 sentyabr 1978-ci il) işğal altındakı Donetsk vilayətinə gələnə qədər Rusiya Federasiyasının Stavropol diyarının İnozemtsevo kurort kəndində yaşayıb. Mərkəzin məlumatına görə, Suren Mkrtçyan son illərdə ukraynalı arvadı və iki uşağı ilə Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinə yerləşib və Rusiya Silahlı qüvvələrinin komandanlığı altında olan “DXR” 1-ci ordu korpusunun “Vostok” adlı 11-ci əlahiddə motoatıcı alayında qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Suren Mkrtçyan öz Facebook səhifəsində Rusiyaya məhəbbətini bildirib, Vladimir Putini  Sevastopol, Krım və Stepanakertin (Xankəndi – red.) qayıdışı münasibətilə təbrik edib.

Adının çəkilməsini istəməyən Milovo kənd sakininin sözlərinə görə, bu ilin mart ayının 9-da onların kəndi rus qoşunları tərəfindən işğal olunub. Suren Mkrtçyan yerli sakinlərə iki qəsəbənin – Milovo və qonşu Novoaleksandrovkanın hərbi komendantı kimi təqdim edilib. Bundan sonra o, yerli məmurları və əhalini işğalçı qüvvələrlə əməkdaşlığa məcbur etməyə başlayıb.

Yerli sakinlərin sözlərinə görə, Suren Mkrtçyan Milovo kəndinin başçısı Oleq Yaxnienkonu tutduğu vəzifədən “kənarlaşdırıb” və onun yerinə öz himayədarlarını “təyin edib”.

Mərkəzin həmsöhbətlərinin sözlərinə görə, Suren Mkrtçyan həm də çoxsaylı cinsi zorakılıq hallarında birbaşa iştirak edib.

“Suren bəyəndiyi qızları zorla Rusiya nəzarət-buraxılış məntəqələrinə rus hərbçilərini əyləndirmələri üçün aparıb, özü də həmin qızlardan bəzilərini zorlayıb. Belə hallar həm bizim kənddə, həm də qonşu Novoaleksandrovkada baş verib”, – deyə Milovo kəndinin sakinləri bildiriblər.

Yerli sakinlər Suren Mkrtçyanın son vaxtlar Berislav rayonunda görünmədiyini bildirirlər. Onların sözlərinə görə Rusiya hakimiyyəti özü  Mkrtçyanı həbs edə, hətta işğal olunmuş Xerson vilayətində dinc əhaliyə qarşı törədilən ağır hərbi cinayətlərin izini ört-basdır etmək üçün onu səyyar krematoriyada yandıra bilər. Lakin belə bir amansız və qəddar kadr Ukraynanın digər işğal olunmuş ərazilərində yerli əhalini qorxutmaq üçün də istifadə oluna da bilər…