20 İyul 2024

Ukrayna XİN Qarabağda qondarma “seçkilər”in keçirilməsini pisləyib

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri”nin keçirilməsini pisləyib.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici siyasət idarəsi bəyanat yayıb.

“Bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərini pozur və onların nəticələri etibarsızdır”, – Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Rəsmi Kiyev qeyd edib ki, Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və bütün məsələlərin diplomatik yollarla həllinin tərəfdarıdır.