19 Aprel 2024

Ukrayna televiziyaları Xersonda yayımı bərpa edib

2022-ci ilin martında Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Xerson vilayətində artıq Ukrayna televiziyalarına baxmaq mümkündür.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin Ofisindən bildirilib.

Qeyd olunub ki, Rusiya ordusu ötürücü antenləri dağıtsa da, Ukrayna kanallarının yayımını bərpa etmək mümkün olub.