29 Mart 2024

Ukrayna SQ: “Vaqner”in Baxmutdan çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır”

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərindən çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Y.Priqojinin açıqlamasına baxmayaraq, Baxmuta hücumlar davam edir: “Rusiya Prezidenti Vladimir Putinin aşpazı diqqət çəkməyə çalışır. Çünki “Vaqner”ni silahları tükənir”.

S.Çerevatı söyləyib ki, “Vaqner” muzdlu hərbi təşkilatı mayın 9-na kimi Baxmutu ələ keçirmək üçün hər şeyi edir: “Rusiya Müdafiə Nazirliyi isə “Vaqner”ə onların istədiyi qədər kömək etmir”.

Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.

Xatırladaq ki, Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir.