28 Mart 2024

Ukrayna qış əməliyyatına başlayır: yaxın həftələrdə…

Qışın başlaması ilə Ukraynanın şərqində yaxın bir neçə həftə ərzində hərbi əməliyyatların keçirilməsi üçün daha əlverişli şərait yaranacaq.

Media1.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

İnstitutun analitiklərinin fikrincə, Kremennoy-Svatovo xəttində yer donub, buna görə də Ukrayna ordusu ruslara qarşı təzyiqi artırıb:

“Amma əməliyyatların ümumi tempi yaxın həftələrdə artacaq, çünki daimi soyuqlar hərbi əməliyyatların bütün perimetri boyunca, xüsusən də hər iki tərəfdən əməliyyatların ağır palçığa qərq olduğu Şərqi Ukraynada torpağın donmasına imkan verir”.