03 Dekabr 2024

Ukrayna Kurskda bu ölkənin PUA-larından istifadə edir

Ukrayna Kursk bölgəsinə hücumda Britaniyanın pilotsuz təyyarələrindən istifadə edir.

Musavat.com xəbər verir ki, bu barədə“The Sunday Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Böyük Britaniya hökumətinin tədbirləri təkcə silah tədarükü ilə məhdudlaşmır. Belə ki, britaniyalı müşavirlər Ukrayna hərbi komandanlığının planlarının müzakirəsində fəal iştirak edirlər.

Bildirilir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer Kiyevin digər Qərb müttəfiqlərini Ukraynaya hərbi təchizatı artırmağa təşviq etmək üçün Kursk bölgəsində Britaniya silahlarının istifadəsini qəsdən sızdırıb.

Qeyd edək ki, bundan əvvəl “Sky News” telekanalı Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində Londonun hədiyyə etdiyi “Challenger 2” tanklarından da istifadə etdiyini bildirib.