“Ukrayna Kursk vilayətində keçirdiyi əməliyyatla rusları təəccübləndirib”
Ukrayna ordusunu Kurskda keçirdiyi əməliyyat Rusiya rəhbərliyini mat qoyub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
“Bu əməliyyat əraziyə daxil olub bir neçə gün sonra geri çəkilən komandolaırn basqınına bənzəmir”, – deyə, yazıda qeyd olunub.
“Aydındır ki, bu, tamamilə yeni bir ordu əməliyyatıdır” – deyə Moskvanın CAST müdafiə analitik mərkəzinin direktoru Ruslan Puxov qəzetə danışıb.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, işğal Rusiyanın Kursk bölgəsindən hücumlarına cavab olub. Ukrayna əməliyyatının sürəti və sürprizi, görünür, rus qoşunlarını təəccübləndirib.
“Bu hücum Ukrayna ordusuna Xarkov yaxınlığındakı qoşunlarına Rusiyanın təchizat xətlərinə mane olmağa imkan verə bilər. Bu, həm də onu göstərir ki, Ukrayna hələ transsərhəd reydləri ilə bitməyib və Rusiya öz ərazisində sakit oturmamalıdır”, – deyə britaniyalı hərbi analitik Nik Reynolds bildirib.