09 Dekabr 2022

Ukrayna azərbaycanlı qəhrəmanla belə vidalaşdı! Şəhidin xanımından təsirli açıqlama – Foto/Video

Ukraynada qəhrəmancasına həlak olan azərbaycanlı döyüşçü Sabir Qəzənfərov dəfn olunub.

Musavat.com-a verdiyi məlumatda Kiyevdə olan jurnalist İdrak Camalbəyli bildirib ki, Ukraynanın müdafiəsi uğrunda həlak olan azərbaycanlı ilə vida mərasimi keçirilib.

Onun sözlərinə görə, mərasimdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadın rəhbəri olduğu idarə heyətinin üzvləri, Krım tatarlarının liderlərindən Rüfət Çibarov, Sabirin döyüş yoldaşları, orada yaşayan həmyerlilərimiz və xanımı iştirak edib. Jurnalist qeyd edib ki, Sabir Qəzənfərov könüllü döyüşçü olub, Baxmut istiqamətində həlak olub, həyat yoldaşı Katya da Ukrayna uğrunda döyüşür. O, Sabirin könüllü dəstələrə qoşulduğunu, Ramansk körpüsündə Rusiya ordusunun əsgərlərinin atəşə tutduğu uşaqları, qocaları, qadınları ölümdən xilas etdiyini bildirib. Bundan əlavə, Buçada yaşanan faciədə insanlara yardım edib.

Mərasimin təşkilatçısı Vidadi İsrafilov olub.

Qeyd edək ki, Ukrayna uğrunda döyüş şəraitində həyatını itirən həmyerlilərimizin sayı 30-a yaxındır.


Musavat.com