23 Dekabr 2024

UEFA ötən il Azərbaycan klublarına nə qədər vəsait ayırıb?

Çempionlar Liqası və Avropa Liqasında iştirak, həmçinin digər layihələrlə bağlı UEFA tərəfindən Azərbaycan klublarına ayrılan maliyyə vəsaitlərinin məbləği açıqlanıb.

“Report”un məlumatına görə, Premyer Liqa təmsilçiləri ötən il ümumilikdə 14 milyon 722 min 404 manat gəlir əldə edib.

Bunun 11 milyon 587 min 135 manatı “Qarabağ”ın, 11 milyon 587 min 135 manatı “Neftçi”nin payına düşür. “Sumqayıt”a 624 min 117 manat, “Səbail”ə 337 min 338 manat, “Keşlə”yə 300 min 976 manat, “Sabah”a 187 min 715 manat, “Qəbələ”yə 172 min 651 manat, “Zirə”yə isə 113 min 981 manat ödəniş olunub.

Qeyd edək ki, Premyer Liqada iştirak edən 6 kluba Futbolun İnkişaf Fondundan, I Divizionda iştirak edən 4 kluba SOCAR tərəfindən ayrılan 8 milyon 925 min 248 manat maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. AFFA İcraiyyə Komitəsinin 69 saylı protokoluna əsasən, Premyer Liqada iştirak edən və COVID-19 Pademiyasından zərər çəkən klubların müraciətini nəzərə alaraq, onlara əlavə maliyyə vəsaiti ayrılıb.