21 Noyabr 2024

Ucarda avtoxuliqanlıq edən şəxs həbs edilib

Ucarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ucar rayon Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən rayon ərazisində avtoxuliqanlıq edən 99 LP 636 dövlət nömrə nişanlı, “VAZ-21011” markalı minik maşınının sürücüsü, Küçəkənd kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan İlham oğlu Əsgərov saxlanılıb.  

Ucar Rayon Məhkəməsinin qərarı ilə N. Əsgərov 1 ay müddətinə inzibatı qaydada həbs edilib.

Qeyd edək ki, N. Əsgərov ötən il də avtoxulqanlıq etdiyinə və nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə həbs edilib. Həmin vaxt o 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.