20 Aprel 2024

Üç türk ölkəsinin birgə sammiti keçiriləcək – Məkan və zaman bəllidir

Ötən gün Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu gün isə Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammitinin keçiriləcəyi ilə bağlı rəsmi açıqlama yayılıb. 

“Rupor” Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatina istindən xəbər verir ki, bu il dekabrın əvvəlinə nəzərdə tutulan Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammitinin Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında keçirilməsi planlaşdırılır.

Açıqlamada qeyd olunur ki, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Anar