22 Dekabr 2024

TÜRKSOY və TDƏŞ nümayəndələri Ağdama səfər edib – FOTO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qonaqlar Ermənistanın dağıtdığı Ağdamda şəhərinin xarabalıqları ilə tanış olublar və Ağdam Cümə məscidinə gediblər. Nümayəndə heyəti Pənahəli xanın məqbərəsinə də səfər ediblər.

Nümayəndə heyətinə TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və İrsi Fondunun prezideni Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, XİN-in İkinci Avropa idarəsinin müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktoru Fərrux Cumayev və digər şəxslər daxildir.

Qonaqlar Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.