Türkmənistanla mövqelərimiz üst-üstə düşür

Azərbaycan Respublikasının TDT-yə üzv və müşahidəçi dövlətlərin əksəriyyəti ilə strateji müttəfiqlik və ya strateji tərəfdaşlıq münasibətlərinə malik olması təşkilat çərçivəsində həmin ölkələrlə siyasi, milli təhlükəsizlik, mülki müdafiə, iqtisadi-ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, urbanizasiya, din, humanitar, səhiyyə, təhsil, gənclər və idman, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar, media, hüquq, ədliyyə və məhkəmə daxil olmaqla, bir çox sahələrdə çoxtərəfli əməkdaşlığa zəmin yaradır. Azərbaycan TDT çərçivəsindəki əməkdaşlığı beynəlxalq platformalarda da davam etdirir və bu xüsusda təşkilatın üzv ölkələrin milli maraqları ilə bağlı həssas məsələlərə dair vahid mövqedən çıxış etmək təcrübəsini yüksək qiymətləndirir.
2025-ci ilin 22 avqust tarixində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin üçtərəfli zirvə görüşü Türkmənistanın Türkmənbaşı şəhərindəki Avaza Milli Turizm Zonasında keçirilib. Bu yüksək səviyyəli tədbir bir sıra mühüm sənədlərin imzalanması ilə diqqət çəkib və regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyib.
Zirvə görüşündə Prezidentlər Cənab İlham Əliyev, Şavkat Mirziyoyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edib. Görüş zamanı ticarət və iqtisadiyyat, nəqliyyat və kommunikasiya, enerji, humanitar əməkdaşlıq, eləcə də mədəniyyət və turizm sahəsində yeni təşəbbüslər müzakirə edilib .Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər.Cənab Prezident Zirvə görüşündə çıxışı zamanı qeyd etmişdir:”Türkmənistanla mövqelərimiz üst-üstə düşür. Mənim dəvətimlə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə idi. Biz iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bərabər olmuşuq və bir çox məsələləri müzakirə etmişik. Mövqelərimiz də üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək”.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı