Türkiyəyə qardaş dəstəyi: Mingəçevirli şəhidlərin şərəfinə Antalya meşələrində 51 ədəd ağac əkiləcək

Türkiyənin Antalya şəhərində son vətən müharibəsi iştirakçısı olan Mingəçevirli şəhidlərin şərəfinə 51 ağac əkiləcək.
Media1.az xəbər verir ki, bu addım Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Nümayəndəliyi Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbi kollektivinin təşəbbüsü ilə gerçəkləşib.
Məktəbin direktoru Vüsal Məmmədovun bildirdiyinə görə, Türkiyədə baş verən meşə yanğınlarından bəri kollektiv qardaş ölkəyə dəstək məqsədilə bir ilkə imza atıb. Onlar topladıqları pul məbləğini Türkiyənin Ormanlar Bakanlığının hesabına köçürərək meşələrin bərpasına dəstək nümayiş etdirib.
Həmin vəsaitə son vətən müharibəsində şəhid olan Mingəçevirli döyüşçülərin xatirəsini əziz tutaraq Antalya şəhərinin yanmış meşələrinə 51 ədəd ağac əkilməsi üçün vəsait köçürüblər.
Onu da qeyd edək ki, təşəbbüs qardaş ölkədə dərin məmnunluq hissi yaradıb.
