25 Aprel 2024

Türkiyəli məşhur aktyor vəfat etdi

Türkiyəli aktyor Hüseyn Elmalıpınar vəfat edib.

51 yaşlı məşhur aktyor İstanbulda evində infarkt keçirib.

Elmalıpınar aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

O, “Kolpaçino”, “Kutsal Damacana”, “Ezel”, “Acı Hayat”, “Dünya hali” kimi filmlərdəki rolları ilə tanınıb.

Mənbə: Snob Magazin