Türkiyədə gərginlik: Fəxrəddin Altun bildirib ki, Türkiyə siyasi oyuna getmiyəcək

Bütün Türkiyə ayaq üstə ikən hakimiyyətin komunikasiyalar naziri Fahrettin Altundan sərt xəbərdarlıq gəldi. “Türkiyə küçələrə təslim olmayacaq”-deyə qəti mövqe nümayiş etdirdi.
Media1.az-ın “Cümhuriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Türkiyənin hər yerində etiraz aksiyaları başlayıb. Hadisələrin gedişatı göstərir ki, etirazçılarla hakimiyyət arasında ciddi qarşıdurma var. Türkiyə hökumətinin Kommunikasiya naziri Fahrettin Altun etirazların qarşısının alınmasında hakimiyyətin qərarlı olduğunu vurğulayıb. “Türkiyə siyasi oyuna getmiyəcək, küçə siyasətçilərinə təslim olmayacaq” deyib.