Türkiyə və Pakistan XİN başçıları Şuşada görüşüblər – FOTO
![](https://media1.az/wp-content/uploads/2023/10/turkiyəpakistansusa.jpg)
Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə görüşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclası çərçivəsində bir araya gəliblər.
Hakan Fidan və Cəlil Abbas Cilani qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.