23 Dekabr 2024

Türkiyə prokurorluğu Lotu Qulinin qətlinin sifarişçisinin adını açıqladı SENSASİON TƏFƏRRÜATLAR

Lotu Qulinin qətlinin sifarişçisinin kimlər olduğu rəsmi şəkildə açıqlanıb.

Turkustan.az Türkiyə mətbuatına istinadən xəbər  verir  ki, İstanbulun Bakırköy rayon Respublika Prokurorluğu tanınmış kriminal avtoritet, Lotu Quli kimi tanınan Nadir Səlifovun işi üzrə ittiham aktı hazırlayıb.

Türkiyə mətbuatının məlumatına görə, ittihamnamədə qanuni oğrunun qətlinin Rövşən Lənkəranski ləqəbli digər azərbaycanlı kriminal avtoritet  Rövşən Caniyevin qisas aktı olduğu bildirilir.

Lotu Qulinin qətlinin sifarişçiləri və təşkilatçıları Rövşənin qardaşı da daxil olmaqla, Caniyevin dəstəsinin üzvləri olub.