Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra “İki dövlət, bir millət” devizi əsasında inkişaf edən Azərbaycan və Türkiyə sarsılmaz birliyi bu gün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Ulu öndərin ən layiqli siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla davam etdirdiyi bu siyasət Türkiyə ilə Azərbaycan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin inkişafına güclü təkan vermişdir. Türkiyənin böyük siyasi lideri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyə-Azərbaycan əlaqələri daha dinamik xarakter almış, ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycanın kədərini özünün kədəri, sevincini sevinci hesab edən Türkiyə ölkəmizi yaxın strateji tərəfdaş hesab edərək bir sıra regional və qlobal iqtisadi-siyasi məsələlərin həllində birgə addımlar atır. Hər iki ölkənin təşəbbüsü ilə regionun geosiyasi xəritəsinin dəyişən böyük layihələrin həyata keçirilməsi, strateji kommunikasiya dəhlizlərinin yaradılması istiqamətində birgə işlərin davam etdirilməsi Türkiyə və Azərbaycanın bölgədə nüfuzunun artmasına, aparıcı dövlətlərə çevrilməsinə səbəb olmuşdur.
Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq.
Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Artıq şərtsiz şəkildə Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi