20 Sentyabr 2024

Türkiyədə DƏHŞƏTLİ OLAY: Xeyli sayda ÖLÜ VƏ YARALI VAR

u gün səhər saatlarında Türkiyənin Konya vilayətində dəhşətli hadisə baş verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, magistral yolun Konyanın Karapınar qəsəbəsindən keçən hissəsində yol qəzası olub. Belə ki, ağırtonnajlı yük maşını (TIR) yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəzanı görən digər minik avtomobilinin sürücüsü maşını saxlayaraq TIR-ın sürücüsünə kömək etmək istəyib, lakin avtomobilin arxasından gələn sərnişin avtobusu ona çırpılıb. Nəticədə isə bu iki maşın da – avtomobil və avtobus dərəyə yuvarlanıb.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 38-i isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə çox sayda xilasedici və həkim briqadası cəlb edilib.