Türkiyədə COVID-19-dan 169 nəfər dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 169 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8314 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9109, ağır xəstələr isə 2311 nəfər olub.