Türkiyədə bu gün 394 nəfər COVID-19-dan vəfat edib
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 394 nəfər həyatını itirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxmaya görə, 265 287 nəfər test edilib, onlardan 31 891 nəfərin koronavirus testi pozitiv nəticə verib, 68 183 nəfər sağalıb, 3 534 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 40 131 nəfər ölüb.
Türkiyədə indiyədək 4 820 591 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 323 897-si müalicə olunub.